Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kamçatka yarımadası yaxınlığında güclü yeraltı təkanlar qeydə alınıb.
Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin açıqlamasına əsasən, zəlzələnin maqnitudası 6 bal təşkil edib.
Məlumatda bildirilir ki, təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 211 kilometr uzaqlıqda yerləşib. Yeraltı ocağın 15,4 kilometr dərinlikdə olduğu qeyd edilir.
Hazırda hadisə nəticəsində dağıntı və ya xəsarət barədə heç bir məlumat daxil olmayıb. Mütəxəssislər bölgə üçün sunami təhlükəsinin də yaranmadığını bildiriblər.
Musavat.com
18 Avqust 2026
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ