İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Cənubi Koreyanı sərt tənqid etdi: "Sizi Kim Çen İndən qoruyuruq, siz isə İrana görə kömək etmirsiniz"

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya rəhbərliyini tənqid edərək bu ölkənin prezidenti ilə telefon danışığının detallarını açıqlayıb.

Tramp Cənubi Koreya lideri ilə dialoqunu belə nəql edib:

"Mən Cənubi Koreya prezidentinə zəng edib dedim: «İranla bağlı bizə kömək edə bilərsiniz? İstəyirsinizsə edin, amma bizə kömək lazım deyil». O cavab verdi ki: «Xeyr, təşəkkür edirəm». Mən dedim: «Nə demək istəyirsiniz? Bizim orada sizi Kim Çen İndən qoruyan 39 000 hərbçimiz var, siz isə İran məsələsində bizə kömək etmək niyyətində deyilsiniz? Bu qəribədir»".

Ağ Ev rəhbəri narazılığını bu sözlərlə davam etdirib:

"O zaman biz ümumiyyətlə niyə sizə kömək etməliyik? Cənubi Koreyanın müdafiəsi bizə milyardlarla dollara başa gəlir. Xüsusilə bizə kömək etməyə hazır olmadıqları bir vaxtda, bütün dünyanı dolaşıb bütün bu ölkələri daimi olaraq qoruya bilmərik". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR