İnsanlara hürriyət, millətlərə istiqlal!

70 gəminin İrana və ya İrandan hərəkətinin qarşısı alınıb

İran dəniz limanlarının blokadası bərpa olunandan bəri ABŞ ordusu ümumilikdə 70 gəminin İrana, yaxud İrandan hərəkətinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünə məxsus X səhifəsində açıqlayıb: "23 avqust tarixinə olan məlumata görə, ABŞ qüvvələri 70 kommersiya gəmisini yönləndirib, üçünü sıradan çıxarıb və daha iki gəmiyə qüvvə çıxarıb".

Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR