İnsanlara hürriyət, millətlərə istiqlal!

80 illik "müharibə canavarı" üzə çıxdı: 700 kiloqramlıq təhlükə belə partladıldı — Video

Slovakiyada Dunay çayının suyunun səviyyəsinin aşağı düşməsi İkinci Dünya müharibəsindən qalan nəhəng təhlükəni üzə çıxarıb.

Musavat.com xəbər verir ki, Virt kəndi yaxınlığında çayın yatağında 700 kiloqram ağırlığında gəmi əleyhinə mina aşkarlanıb.

Slovakiyanın bomba zərərsizləşdirmə mütəxəssisləri təhlükəli sursatı xüsusi nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə apararaq nəzarətli şəkildə partladıblar.

Rəsmilər bildiriblər ki, bu, Slovakiyada indiyədək zərərsizləşdirilən ən güclü sursat olub.

Məlumata görə, mina 1944-cü ildə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri (RAF) tərəfindən Almaniyanın təchizat xətlərini kəsmək məqsədi daşıyan “Operation Gardening” əməliyyatı çərçivəsində Dunaya atılıb.

700 kiloqramlıq mina 80 ildən artıq çayın dibində qalıb. Yalnız Dunayda suyun səviyyəsinin aşağı düşməsi onun aşkarlanmasına imkan verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR