Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spoljaric ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı tərəflər beynəlxalq humanitar hüquq, həmçinin İran və BQXK arasında əməkdaşlığı müzakirə ediblər.
Abbas Əraqçi bütün hökumətlərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranın XİN rəhbəri Omanın vasitəçili ilə ABŞ ilə nüvə danışıqları aparmaq üçün Cenevrəyə səfər edib.
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ