İnsanlara hürriyət, millətlərə istiqlal!

Abraham Linkolnla bağlı şok ETİRAF

ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bredli Kuper USS Abraham Linkoln təyyarə gəmisini ziyarət etdikdən sonra may ayında ABŞ-a qayıtmalı olan gəmi heyətinin yorğun olduğunu etiraf edib.

Musavat.com xəbər verir ki, admiral bu barədə The Wall Street Journal-da dərc olunmuş köşəsində yazıb: "Ekipaj yorğundur, amma çox çalışmağa davam edir".

Kuper iddia edir ki, təyyarə gəmisi ilə bağlı əvvəllər bildirilən problemlər artıq həll olunub: "Son media xəbərlərində əməliyyatların tempi, heyət əhval-ruhiyyəsi və hərbçilərimizin üzləşdiyi reallıqlar barədə müxtəlif baxışlar təsvir olunub. "Linkoln" gəmisində mən öyrəndim ki, bu hekayələrin bir çox aspektləri qeyri-müəyyəndir. Bir neçə ay əvvəl qaldırılan yemək, isti su və digər məsələlərlə bağlı suallar rəhbərlik tərəfindən həll edilib".

Avqustun 14-də ABŞ prezidenti Donald Tramp USS Abraham Linkoln təyyarə gəmisinin Yaxın Şərqdən planlaşdırılmış qüvvə rotasiyasının bir hissəsi olaraq qayıdacağını təsdiqləyib. Lakin o, gəminin missiyasının həddindən artıq uzadıldığı iddialarını rədd edib.

"Military Times" əvvəllər USS Abraham Linkoln gəmisindəki bir neçə dənizçinin intihar etməyə cəhd etdiyini bildirmişdi. Dənizçilərin emosional qeyri-sabitliyi həddindən artıq iş, yorğunluq və depressiya ilə əlaqələndirilir. Nəşrin məlumatına görə, göyərtəsində 5000 dənizçi olan təyyarədaşıyan gəmi 2025-ci ilin noyabr ayının ikinci yarısında Yaxın Şərqə yerləşdirilməyə başlayıb. Onun missiyası Yaxın Şərqdə ABŞ hərbi əməliyyatlarını dəstəkləmək idi. Daşıyıcının heyəti 260 gündən çoxdur dənizdədir, bunun 150-si döyüş zonalarında keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR