Onlayn ictimai-siyasi qəzet
ABŞ Strateji Neft Ehtiyatından planlaşdırılan 172 milyon barel xam neftdən ilk 42,5 milyon barelini neft şirkətlərinə ayırıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Energetika Nazirliyi veb saytında açıqlayıb.
Nazirliyin müvafiq icazə sənədində bildirilir ki, ABŞ Strateji Neft Ehtiyatından 42,5 milyon barel xam neftin buraxılmasının birinci mərhələsinə başlayıb. Şirkətlər nefti dünəndən alıblar.
Energetika Nazirliyin məlumatına görə, ilk mərhələdə Strateji Neft Ehtiyatından xam neft alan şirkətlər sonradan onun əvəzində anbarlara ümumilikdə 55 milyon barel neft təmin edəcəklər.
Qeyd edək ki, İranın Hörmüz boğazında gəmiçiliyə yaratdığı maneələr fonunda ABŞ-da benzin qiymətləri bir qallon üçün 4 dolları keçib.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ