Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın sanksiya siyahısında olan İranın supertankeri Hörmüz boğazından keçərək maneəsiz şəkildə ölkənin ərazi sularına daxil olub.
Musavat.com xəbər verir ki, 2 milyon barelə qədər neft daşıma qabiliyyətinə malik olan "VLCC" sinfinə məxsus gəmi Vaşinqtonun məhdudiyyətlərinə və xəbərdarlıqlarına baxmayaraq, izləmə sistemini söndürmədən açıq şəkildə keçid edib.
"Fars" agentliyinin yaydığı məlumata görə, Tehran bu hadisəni ABŞ-ın İran limanlarına doğru gəmiçilik hərəkətlərini bloklamaq barədə bəyanatlarının uğursuzluğunun nümayişi kimi qiymətləndirib.
Rəsmi dairələr tankerin sərbəst hərəkətini sanksiya rejiminin səmərəsizliyinin sübutu hesab edirlər.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ