Onlayn ictimai-siyasi qəzet
Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir.
Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür.
Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq".
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ