İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda idarəetmədən çıxan avtobus divara çırpıldı — Ölənlər və yaralılar var

İstanbulda ağır yol qəzası: Avtobus divara çırpıldı — 1 ölü, 17 yaralı

Musavat.com xəbər verir ki, Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Dəhşətli qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR