Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə hərbi balansı dəyişə biləcək yeni məlumat yayılıb.
Musavat.com xəbər verir ki, “Reuters” agentliyinin mənbələrə istinadən yaydığı xəbərə görə, İran Çin istehsalı olan CM-302 tipli səsdən sürətli gəmiəleyhinə raketlərin alınması ilə bağlı Pekinlə razılaşmaya çox yaxındır.
Məlumata əsasən, sözügedən raketlərin uçuş məsafəsi 290 kilometrə qədərdir. Onlar aşağı hündürlükdə və səsdən yüksək sürətlə hərəkət etdiyi üçün hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanması və zərərsizləşdirilməsi olduqca çətin sayılır. Bu isə xüsusilə Fars körfəzi və Oman dənizi akvatoriyasında yerləşən ABŞ hərbi gəmiləri üçün əlavə risklər yarada bilər.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ