Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə və bölgə ətrafında hərbi-siyasi proseslər sürətlə kəskinləşir, Vaşinqton, Təl-Əviv və Tehran arasında qarşıdurma ehtimalları daha açıq müzakirə olunmağa başlayıb.
Musavat.com xəbər verir ki, beynəlxalq media ABŞ-nin İrana mümkün hərbi zərbələri ilə bağlı bir sıra mühüm detalları gündəmə gətirib.
"The Wall Street Journal" yazır ki, böyük ehtimalla ABŞ zərbələrinin əsas hədəfləri Bəsicin qərargahları, yüksək rütbəli zabitlər və SEPAH-ın komandanlıq strukturu olacaq.
"Maariv" qəzetinin məlumatına görə, İsrail siyasi dairələri İranda rejim dəyişikliyinin mümkünlüyünə əvvəlkindən daha çox inanır. Bu kontekstdə İsrailin İranın gələcəkdə İbrahim Anlaşmalarına qoşulması ehtimalını müzakirə etdiyi bildirilir.
"Reuters" agentliyinin xəbərinə əsasən, İsrail rəsmiləri ABŞ-nin İrana birbaşa zərbə endirmə ehtimalını hazırda yüksək qiymətləndirirlər.
Eyni zamanda, ABŞ senatoru Marko Rubio ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
"Reuters"in məlumatına görə, İsrail ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ