İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur haker qrupu FBI saytını ələ keçirdi

ShinyHunters haker qrupu ABŞ Federal Təhqiqat Bürosunun(FBI) İnternet saytını sındıraraq əməkdaşlar barədə məlumatları ələ keçirdiklərini elan edib.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, qrup bu addımı FBI-ın bu beynəlxalq cinayətkar qrupun metodları haqqında bu ilin mayında dərc etdiyi açıqlamaya cavab olaraq atıb.

Məlumata görə, 22 sentyabrda hakerlər FBI-ın iş elanı veb saytını sındıraraq "demək olar ki, bütün agentlərin" məlumatlarını oğurlayıblar.

HinyHunters sübut kimi təxminən 5000 agent haqqında məlumatla birlikdə sındırılmış FBI veb saytının ekran görüntüsünü dərc edib.

Reuters ekran görüntüsünün həqiqiliyini təsdiqləyə bilməyib, lakin NewsNation jurnalisti Hannah Brandt X-də yazıb ki, FBI nümayəndələri büronun veb saytında ShinyHunters-in "icazəsiz fəaliyyəti" barədə məlumat aldıqdan sonra onu istintaq barədə məlumatlandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR