Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) prezidentin əmrinə əsasən İrandakı hədəflərə zərbələrin dayandırıldığını elan edib.
Musavat.com xəbər verir ki, Axios-un hərbi mənbələrə istinadən verdiyi məlumata görə, hücuma məruz qalan bütün hədəflər İranın cənubunda olub.
Onlara hava hücumundan müdafiə sistemləri, radarlar və pilotsuz uçuş aparatlarının komandanlıq və idarəetmə bölmələri daxil olub.
CENTCOM-un məlumatına görə, zərbələr "özünümüdafiə" və "İranın əsassız və davam edən təcavüzünə cavab olaraq" həyata keçirilib.
İran mediasının məlumatına görə, ölkənin altı rayonunda güclü partlayışlar baş verib. Tehranda həmçinin dənizdə ABŞ və İran gəmiləri arasında birbaşa açıq toqquşmanın baş verdiyi iddia olunur, lakin CENTCOM belə hadisənin olmadığını elan edib.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ