Onlayn ictimai-siyasi qəzet
Kəngərlidə avtomobil qəzası olub.
Musavat.com APA-ya istinadla bildirir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu, Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "Logan" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ