Onlayn ictimai-siyasi qəzet
Türkmənistanda Azərbaycan, Rusiya və İran nümayəndələri arasında keçirilən üçtərəfli görüşün nəticələri açıqlanıb.
Musavat.com xəbər verir ki, tərəflər bir sıra mühüm məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olublar.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib. Nazirin sözlərinə görə, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli danışıqların təşəbbüskarı məhz Moskva olub. Araqçi bildirib ki, görüş zamanı tərəflər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb və qarşılıqlı anlaşma əldə ediblər.
Danışıqlar nəticəsində bəzi birgə layihələr üzrə razılıq əldə olunub. İranın xarici işlər naziri vurğulayıb ki, razılaşdırılmış layihələrin bir hissəsi iqtisadi sahəni əhatə edir.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ