İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevi iki yerə bölmək üçün dəhşətli plan - Putin Suriyanı viran qoyan generalı geri çağırır

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın paytaxtı Kiyevi iki hissəyə ayırmaq məqsədilə Dnepr çayı üzərindəki körpülərə hücum planı hazırlatdığı və bu işə “General Armageddon” ləqəbli Sergey Surovikini cəlb edə biləcəyi barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Britaniyanın The Telegraph nəşrində dərc olunan materialda Moskvanın Kiyevdəki strateji körpüləri sıradan çıxarmaqla paytaxtın iki sahili arasındakı nəqliyyat əlaqələrini pozmağa çalışa biləcəyi ehtimalı irəli sürülür.

Nəşrin yazdığına görə, mümkün əməliyyatın əsas məqsədi Dnepr üzərindəki keçidləri dağıtmaq və Kiyevin iki hissəsi arasında əlaqəni ciddi şəkildə məhdudlaşdırmaqdır.

Bu kontekstdə Rusiya ordusunun keçmiş yüksək rütbəli komandanı Sergey Surovikinin adı yenidən gündəmə gəlib.

Surovikin sərt hərbi əməliyyat üsullarına görə “General Armageddon” ləqəbi ilə tanınır. O, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. Həmin əməliyyatlar genişmiqyaslı dağıntılar və mülki əhali arasında çoxsaylı itkilərlə müşayiət olunub.

The Telegraph nəşrində Moskvanın Ukraynada Suriya müharibəsində tətbiq edilmiş taktikanı təkrarlamağa çalışa biləcəyi ehtimalı nəzərdən keçirilir. Bu taktika mülki infrastruktura zərbələr endirməklə əhalinin yaşayış şəraitini ağırlaşdırmaq və Ukrayna rəhbərliyini güzəştlərə məcbur etmək məqsədi daşıya bilər.

Xatırladaq ki, Sergey Surovikin 2023-cü ildə Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” qruplaşmasının qiyamından sonra Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib. Bundan sonra onun Rusiya hərbi rəhbərliyindəki mövqeyi xeyli zəifləyib.

Oktyabrın ilk günlərində Kiyevin Cənub və Şimal körpüləri Rusiya zərbələrinə məruz qalıb. Hücumlar nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR