Onlayn ictimai-siyasi qəzet
Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı mənzildə aşkarlanıb.
Musavat.com xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.
Şəhər sakini, 1986-cı il təvəllüdlü Ramal Novruzlunun meyiti ailə üzvləri tərəfindən yaşadığı mənzildə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ