İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappedən Arda Gülerə: "Habibi" - FOTO

UEFA Millətlər Liqası çərçivəsində keçirilən Türkiyə və Fransa milli komandalarının oyunundan sonra "Real Madrid"in futbolçuları Arda Güler, Kilian Mbappe və Eduardo Kamavinqa bir araya gəliblər.

Qarşılaşmadan sonra Kilian Mbappe "Instagram" sosial şəbəkəsinin hekayə bölməsində Arda Güler və Eduardo Kamavinqa ilə çəkdirdiyi fotoları paylaşıb.

Fransalı futbolçu Arda Güleri etiketləyərək fotoya "Habibi" başlığını əlavə edib. Sözügedən paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb.

Mbappedən Arda Gülerə: Habibi - FOTO

Qeyd edək ki, sentyabrın 25-də Kocaelidə keçirilən qarşılaşmada Fransa Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu 54-cü dəqiqədə Kilian Mbappe vurub. O, 59 dəqiqə meydanda qalıb. Fransa millisinin hücumçusu qələbə qolunu vurduqdan bir neçə dəqiqə sonra sol dizində yaranan narahatlıq səbəbindən əvəzlənib. Arda Güler matçın sonuna qədər meydanda olub, Eduardo Kamavinqa isə 78-ci dəqiqədə oyuna daxil olub. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR