İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranda onlarla döyüş təyyarəsi və helikopter İTİRİB – ŞOK SİYAHI

Yayılan məlumatlara görə, 28 fevral – 8 iyun 2026-cı il tarixləri arasında ABŞ onlarla aviasiya texnikası itirib.

Musavat.com xəbər verir ki, iddialarda Birləşmiş Ştatların milyardlarla dollar dəyərində hərbi hava texnikasından məhrum olduğu bildirilir.

İtkilərin siyahısında aşağıdakı texnikalar yer alır:

  • 1 ədəd F-35 qırıcı təyyarəsi (təxmini dəyəri 110 milyon dollar) – iddialara görə, İranın HHM (Hava Hücumundan Müdafiə) sistemi tərəfindən vurulub;

  • 3 ədəd F-15E qırıcısı (hər birinin dəyəri təxminən 90 milyon dollar) – Küveyt və İran səmasında vurulublar;

  • 1 ədəd A-10 hücum təyyarəsi – İranda keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb;

  • 1 ədəd AH-64 Apache helikopteri (təxmini dəyəri 35 milyon dollar) – Hörmüz boğazı üzərində SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən vurulub;

  • 1 ədəd E-3 Sentry AWACS uzaq mənzilli radiolokasiya aşkarlama təyyarəsi (təxmini dəyəri 700 milyon dollar) – PSAB (Şahzadə Sultan) aviabazasında məhv edilib;

  • 2 və daha çox KC-135 yanacaqdoldurma təyyarəsi məhv edilib, daha 7-si isə zədələnib;

  • 28 ədəd MQ-9 Reaper və 1 ədəd MQ-1C UCAV zərbə PUA-sı məhv edilib;

  • 1 ədəd MQ-4C Triton kəşfiyyat PUA-sı (təxmini dəyəri 250 milyon dollar);

  • 2 ədəd MC-130J Commando II xüsusi təyinatlı nəqliyyat təyyarəsi (hər birinin dəyəri təxminən 100 milyon dollar);

  • 1 ədəd HH-60M helikopteri – İraqda itirilib;

  • 1 ədəd HH-60W helikopteri – İran səmada zədələnib;

  • 2 ədəd CH-47 Chinook ağır nəqliyyat helikopteri (hər birinin dəyəri təxminən 50 milyon dollar);

  • 4 ədəd AH/MH Little Bird yüngül helikopteri.

Məlumatda qeyd olunur ki, ABŞ tərəfi hələlik bu rəqəmlərin və itkilərin dəqiqliyi barədə rəsmi açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR