İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın PUA zavodunu bombaladı

ABŞ ordusu İranın İsfahan əyalətində yerləşən Xomeyni Şəhr dron zavoduna zərbə endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, zərbə İranın “Şahed” tipli kamikadze pilotsuz uçuş aparatlarının istehsal olunduğu müəssisəyə endirilib.

Açıqlamada bildirilib ki, hücumdan əvvəl və sonra çəkilmiş peyk görüntüləri zavodun ciddi ziyan gördüyünü göstərir. Məlumata görə, 3 mart 2026-cı ildə çəkilmiş görüntüdə zavodun hücumdan əvvəlki vəziyyəti, 12 mart 2026-cı ildə çəkilmiş görüntüdə isə ABŞ-ın dəqiq sursatlarla həyata keçirdiyi hücumdan sonrakı vəziyyət əks olunub. ABŞ hərbçiləri bu zərbəni “İranın müdafiə sənayesi bazasına daha bir böyük zərbə” kimi qiymətləndirib.

Pilotsuz uçuş aparatları (PUA) İranın hərbi strategiyasında əsas elementlərdən biri hesab olunur. Uzun illərdir sanksiyalar altında olan İran bahalı qırıcı təyyarələr əvəzinə daha ucuz və effektiv hərbi texnologiyalara üstünlük verib. Bu baxımdan dronlar İran üçün həm istehsal baxımından daha əlçatan, həm də döyüş şəraitində daha çevik vasitə sayılır.

ABD ordusu, İran'daki İHA fabrikasını vurduğunu duyurdu

İran istehsalı olan PUA-lar kəşfiyyat, müşahidə və birbaşa zərbə əməliyyatlarında istifadə olunur. Xüsusilə kamikadze dronları və dəstə halında hücum taktikasının hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv olduğu bildirilir. Bu səbəbdən dronlar İranın həm hərbi strategiyasında, həm də regiondakı təsir imkanlarında mühüm rol oynayır.

Məlumata görə, ABŞ və İsrail 28 fevral 2026-cı ildə İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə müəyyən hədəflərə zərbələr endirib.

İran rəsmilərinin açıqlamasına görə, ABŞ və İsrailin hücumları nəticəsində İranda 1348 nəfər həlak olub, 17 mindən çox insan yaralanıb.

Hazırda regionda gərginlik davam edir və tərəflər arasında qarşılıqlı hücumların davam etdiyi bildirilir. ABŞ ordusu isə İranın hərbi infrastrukturuna qarşı əməliyyatların davam edə biləcəyini açıqlayıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR