Onlayn ictimai-siyasi qəzet
Xətai rayonunun Naxçıvan küçəsində fəaliyyət göstərən pivə zavodundan Xəzər dənizinə çirkab suların və xoşagəlməz qoxuya səbəb olan maddələrin axıdıldığı iddia edilir.
Musavat.com xəbər verir ki, bununla bağlı sosial mediada məlumat yayılıb. Bildirilib ki, çirkli suyun dənizə axıdılması ətraf mühitə ciddi zərər vurur.
DİN-in Su Nəliyyatında Polis İdarəsindən bildirilib ki, iddialar həqiqəti əks etdirmir:
“Vətəndaşın iddia etdiyi məsələ ilə bağlı tərəfimizdən araşdırmalar aparılıb. “Alko LMD Azər Spirt 2024” MMC-yə və onların tullantı suların daşınmasına dair müqaviləsinə baxış keçirilib, lazımi nümunələr götürülüb. Eləcə də digər aidiyyəti qurumlara sorğularla müraciət edilib. Toplanmış materiallar əsasında müəyyən edilib ki, dənizə zərərli maddələrin axıdılması faktı mövcud deyil və toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”.



10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ