İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatar yük maşınına çırpıldı: 20-dən çox yaralı var - VİDEO

Polşanın şərqində sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Hadisə Pşisuxa yaşayış məntəqəsinin yaxınlığında "Intercity" şirkətinə məxsus qatarın iştirakı ilə baş verib.

Lyublin - Şşetsin marşrutu ilə hərəkət edən nəqliyyat vasitəsi dəmir yolu keçidində yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində qatarın bütün altı vaqonu qismən relsdən çıxıb. Qəza baş verən zaman qatarda 120 sərnişin olub.

Həkimlər dörd yaralının vəziyyətini ağır olaraq qiymətləndirirlər. Onların arasında yük maşınının sürücüsü də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR