Onlayn ictimai-siyasi qəzet
İranın cənubundakı Hörmüzqan vilayətinin bir neçə sahilyanı bölgəsində partlayış səsləri eşidilib.
“Fars” agentliyinin məlumatına görə, partlayış səsləri Sirik bölgəsində, Qeşm adasında, həmçinin Minab rayonunun sahilyanı ərazilərində eşidilib.
Partlayışların səbəbi və mümkün nəticələri barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl “Fars” Cask liman şəhərinin yaxınlığında, dəniz akvatoriyasında da partlayış baş verdiyini bildirmişdi.//APA
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ