İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp seçicilərə 5 min dollar vəd etdi: Respublikaçılar qalib gəlsə...

Ara seçkilərdə Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarəti saxlayarsa, ABŞ-ın yetkinlik yaşına çatmış bütün sakinlərinin hərəsinə 5000 dollar veriləcək.

Musavat.com xəbər verir ki, bu vədi ABŞ prezidenti Donald Tramp Dallasda ara seçkilərindən əvvəl keçirilən Respublikaçıların Milli Konqresində çıxışında səsləndirib: "Mən bunu vəd edirəm: əgər Respublikaçılar iqtisadi uğurlarımıza görə hər iki palatada, Nümayəndələr Palatasında və Senatda qalib gəlsələr, ABŞ-ın hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyəm”.

Tramp vurğulayıb ki, amerikalılar "bu pulu ABŞ-da xərcləməli olacaqlar" və "buna Tramp dividendləri deyiləcək" deyib.

Qeyd edək ki, ara seçkilər 3 noyabrda keçiriləcək və Senatın 100 üzvündən 33-ü, Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Hazırda qanunverici orqanın hər iki palatasına Respublikaçılar nəzarət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR