İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kral öldü, yaşasın kral" - Ölən kimi oğlu başa keçdi, 36 illik hökmdar dəfn edildi

Norveç 89 yaşında vəfat edən Kral V Haraldla vidalaşıb.

Musavat.com xəbər verir ki, ölkədə 13 günlük milli matəmdən sonra monarxın dəfn mərasimi keçirilib.

Mərasimə dünyanın müxtəlif ölkələrindən dövlət başçıları və kral ailələrinin nümayəndələri qatılıblar.

Dəfn prosessiyası Kral Sarayından Oslo Kafedralına qədər davam edib. On minlərlə insan küçələr boyunca düzülüb. Monarxın tabutu aparılarkən insanlar sükutla V Haraldı son mənzilə yola salıblar.

V Harald 21 fevral 1937-ci ildə anadan olub və 1991-ci ildən Norveç taxtında əyləşib. O, Norveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub, ordu generalı və donanma admiralı rütbələrini daşıyıb.

2015-ci ildə V Harald Antarktidaya səfər edən dünyada ilk hakimiyyətdə olan monarx olub. O, həmçinin yelkənli idman növü ilə maraqlanıb.

Kralın vəfatından sonra oğlu, indiyədək vəliəhd şahzadə olan Haakon avtomatik olaraq taxta keçib və Kral VIII Haakon olub.

V Harald 13 günlük milli matəmdən sonra dəfn edilib. Onun 89 yaşı var idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR