Onlayn ictimai-siyasi qəzet
Çinin Şençjen şəhərinin Banyan rayonunda robotlaşdırılmış polis məntəqəsi fəaliyyətə başlayıb.
Musavat.com xəbər verir ki, humanoid və təkərli robotlar, robot-itlərlə yanaşı, dronlar və pilotsuz avtomobillər də polislə birgə küçələrdə patrul xidməti həyata keçirir.
Robotlar şübhəli davranışları aşkar etmək, itkin düşənləri axtarmaq, həyəcan siqnallarını qəbul etmək və fövqəladə hallara operativ reaksiya vermək imkanına malikdirlər.
Bütün məlumatlar real vaxt rejimində mərkəzi komandir məntəqəsinə ötürülür.
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ