Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranla müharibənin Konqresə keçiriləcək noyabr aralıq seçkilərindən dərhal sonra başa çatacağını bəyan edib. Onun sözlərinə görə, buna səbəb Tehranın "artıq müqavimət göstərə bilməyəcəyidir".
Musavat.com xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Dallas şəhərinə (Texas ştatı) uçmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra bitəcək, çünki onlar artıq davam gətirə bilmirlər", - deyə Tramp vurğulayıb.
ABŞ rəhbəri həmçinin ehtimal edib ki, İran Birləşmiş Ştatlardakı seçki prosesinə müdaxilə etməyə cəhd göstərə bilər.
"Onlar zəif insanlardan ibarət bir qrupun hakimiyyətə gəlməsi üçün çabalayacaqlar ki, həmin şəxslər onları rahat buraxsın və nüvə silahı əldə etmələrinə şərait yaratsın", - deyə Birləşmiş Ştatlar prezidenti əlavə edib.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ