İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovdan ŞOK XƏBƏRDARLIQ: "Saqqallarınızı qısaldın, çadranı yığışdırın"

Çeçenistan rəhbəri Ramzan Kadırov kişiləri saqqallarını qısaltmağa və onları "dinə uyğun" saxlamağa çağırıb. O, qadınları isə ərəb üslubunu mənimsəmədən, islami qaydalara uyğun geyinməyə səsləyib.

Musavat.com "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Kadırov güc strukturları ilə keçirdiyi iclasda bildirib.

Çeçenistan rəhbəri qeyd edib ki, respublikadakı kişilər çox uzun saqqalla gəzir, lakin bununla belə Cümə namazlarına və məscidlərə getmirlər.

"Onlara müraciət edirəm: saqqallarınızı qısaldın və onları dinə uyğun saxlayın", - deyə Çeçenistan rəhbəri bildirib.

Kadırov vurğulayıb ki, respublikadakı kişilər uzun saqqalı və qatlanmış şalvarları "anlaşılmaz bir dəbə" çeviriblər. Yetişməkdə olan gənc nəsil də onları təkrarlamağa başlayır.

"Bəzi qadınlar da tam örtüklərə bürünməyə başlayıblar. Onları da ərəb geyim üslubunu mənimsəmədən, İslama uygun geyinməyə çağırmaq lazımdır. Bizdə heç vaxt çadra geyinilməyib", - deyə Kadırov iclasda vurğulayıb.

Müvafiq video respublika rəhbərinin Telegram kanalında yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR