İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kanada ilə ticarət müharibəsi aparır – Karni

Kanada ilə ABŞ "ticarət müharibəsi" şəraitindədir.

Musavat.com xəbər verir ki, bu fikri Kanadanın Baş naziri Mark Karni mətbuat konfransında səsləndirib: "Hücuma məruz qaldığınız zaman müharibəyə girirsiniz." O, iki ölkə arasında ticarət danışıqlarının uğursuzluğuna və ABŞ-ın Kanadaya tarif tətbiq etmək qərarına toxunaraq qeyd edib: "Biz indi ABŞ-ın bu ticarət müharibəsinə başladığı vaxtdan daha güclüyük. Biz daha birləşmişik, daha qətiyyətliyik, daha iddialıyıq”.

Karni prosesi Vaşinqtonun başlatdığını bildirib: "Vaşinqtondan bizə gələn fırtınanı idarə edə bilmərik. Lakin Kanadanı gücləndirməklə və xarici ticarət əlaqələrimizi şaxələndirməklə yeni bir yol çəkə bilərik”.
Kanada baş naziri həmçinin "Amerika dəyişib" deyə vurğulayıb. Karninin sözlərinə görə, hazırkı ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə Vaşinqton "ən yaxın müttəfiqlərinə tariflər tətbiq edir və iqtisadi inteqrasiyanı silaha çevirir".

Bundan əvvəl ABŞ-la ticarət danışıqlarını dayandırdığını açıqlayan Karni bildirib ki, Ottava "işçiləri və müəssisələri qorumaq üçün" cavab tarifləri tətbiq edəcək. Onların 8 sentyabrda qüvvəyə minməsi planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR