Onlayn ictimai-siyasi qəzet
Tramp administrasiyası insanların heç bir əlaqəsi olmayan ölkələrə deportasiyasını davam etdirə biləcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, aşağı məhkəmə əvvəllər bu təcrübəni qanunsuz hesab etmişdi.
Ali Məhkəmə ABŞ Ədliyyə Nazirliyinin təcili ərizəsini təmin edib və dekabr ayında iş üzrə arqumentləri dinləyəcək.
Üçüncü ölkələrə deportasiyalar Tramp administrasiyasının sərtləşdirdiyi immiqrasiya siyasətinin bir hissəsinə çevrilib. Təyinat ölkələrində miqrantlar təhlükə altında ola bilər.
"Forbidden Stories" jurnalist konsorsiumunun məlumatına görə, 2025-ci ilin yanvar ayından bəri ABŞ hakimiyyəti 25 mindən çox insanı gizli şəkildə bu cür deportasiya edib.
Musavat.com bildirir ki, bu sırada ön yerdə Meksikadır. ABŞ ən çox miqrantı (təxminən 20.000 nəfər) bu ölkəyə yönəldib.
Bundan başqa, Kosta Rika, Panama, Paraqvay və regionun digər ölkələri ilə müvafiq müqavilələr imzalanıb. Vaşinqton qovmaq istədiyi miqrant partiyalarını topladıqca bu ölkələrə göndərəcək.
Esvatini daxil olmaqla bir neçə Afrika ölkəsi də bu proqrama qoşulub.
ABŞ təxminən 29-35 ölkəni başqa ölkələrdən olan miqrantları qəbul etməyə razı salıb. Onlar Çin, Rusiya, İran, Əfqanıstan, Kuba kimi ölkələrdən olan miqrantları qəbul edəcəklər.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ