Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin dövlət borcu 2011-ci ildən bəri kəskin artaraq 39 trilyon dollar səviyyəsini keçib.
Musavat.com xəbər verir ki, 2011-ci ildə 14,79 trilyon dollar olan borc hazırda 39,07 trilyon dollara çatıb.
Bu göstərici son 15 ildə ABŞ-nin dövlət borcunun təxminən 164 faiz artdığını göstərir.
Məlumatlara görə, borc xüsusilə 2020-ci ildən sonra daha sürətlə yüksəlib. 2019-cu ildə 22,71 trilyon dollar olan göstərici 2020-ci ildə 26,94 trilyon dollara, 2022-ci ildə isə 30,92 trilyon dollara çatıb.
2024-cü ildə ABŞ-nin dövlət borcu 36,06 trilyon dollar, 2025-ci ildə isə 38,50 trilyon dollar təşkil edib. 2026-cı ilin hazırkı göstəricisi isə 39,07 trilyon dollar səviyyəsindədir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ