Onlayn ictimai-siyasi qəzet
“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə “Mövsümün sıçrayış edən futbolçusu” mükafatına layiq görülüb.
Musavat.com xəbər verir ki, 21 yaşlı futbolçu mükafatını sentyabrın 8-də “Santyaqo Bernabeu” stadionunda “Real Madrid” – “İnter” matçından əvvəl alıb. Mükafatı Arda Gülərə “Real Madrid”in əfsanəvi futbolçularından Luis Fiqu təqdim edib.
Arda Gülər ötən mövsüm Çempionlar Liqasında 14 oyunda meydana çıxıb, bunların 13-nə start heyətində başlayıb. O, turnirdə 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ