Onlayn ictimai-siyasi qəzet
Türkiyə millisinin futbolçusu Merih Demiral və həyat yoldaşı Heidi Lushtaku ilə bağlı ayrılıq iddiası ortaya çıxıb.
Türkiyə mediasında yayılan məlumatlara əsasən, söz-söhbətlərə Heidi Lushtakunun sosial şəbəkə hesabında soyadını dəyişməsi səbəb olub.
Belə ki, Heidi Lushtaku profilindən "Demiral" soyadını silib. Bu dəyişiklik cütlüyün münasibətlərində problem yarandığı və boşanmaq ehtimalının olduğu barədə müzakirələrə yol açıb.
İki övladı olan Merih Demiral və Heidi Lushtaku məsələ ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verməyiblər.
Bu səbəbdən cütlüyün ayrıldığı barədə yayılan məlumatlar hazırda təsdiqlənməyib./milli.az/
09 Sentyabr 2026
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ