İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaxtı keçmiş dünya brendləri yenidən satışa hazırlanır - Bu ölkədə minlərlə qutu aşkarlandı

Hindistanda istifadə müddəti bitmiş və ya bitmək üzrə olan məşhur dünya brendlərinin məhsullarının üzərindəki tarixlərin dəyişdirildiyi gizli anbar aşkarlanıb.

Musavat.com xəbər verir ki, Reuters-in məlumatına görə, Mumbay yaxınlığında yerləşən anbarda PepsiCo və Nestlé də daxil olmaqla müxtəlif şirkətlərin məhsullarının köhnə son istifadə tarixləri kimyəvi maddələrlə silinərək onların yerinə yeni tarixlər çap edilib.

Anbarda Lay’s və Kurkure çipsləri, Maggi əriştələri, Knorr şorbaları, Hellmann’s mayonezi və Coca-Cola içkiləri də daxil olmaqla 5 minə yaxın qutu məhsul saxlanılıb.

Məhsulların bir çoxunun istifadə müddəti artıq bitmiş, digərlərinin isə son istifadə tarixi yaxınlaşmışdı.

Bəzi məhsulların üzərinə tərkib, kalori miqdarı və porsiyanın ölçüsü barədə məlumatların dəyişdirildiyi saxta etiketlərin də yapışdırıldığı müəyyən edilib. Ehtimal olunur ki, bu yolla məhsulların markalanması başqa ölkələrin tələblərinə uyğunlaşdırılmağa çalışılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR