Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbçiləri dronlarla gün ərzində üçüncü sərnişin qatarını vurublar.
Musavat.com xəbər verir ki, bu dəfə Sumı yaxınlığındakı şəhərətrafı dizel qatarı hədəf alınıb.
"İlkin məlumatlara görə, 10 nəfər xəsarət alıb. Lokomotiv və sərnişin vaqonu alovlanıb. Xilasedicilər yanğının söndürülməsi ilə eyni vaxtda yaralıları təcili tibbi yardım maşınlarına təxliyə ediblər", - deyə Ukraynanın Xilasetmə Xidməti bildirir.
Vilayət xəstəxanasının təcili tibbi yardım şöbəsinin müdiri İlona Poçeptsova jurnalistlərə açıqlamasında qeyd edib ki, onlara dörd nəfər gətirilib, onlardan üçünün vəziyyəti ağırdır, yüngül xəsarət alan dördüncü şəxs isə evə buraxılıb.
Günün əvvəlində rusiyalılar Kiyev-Sumı qatarına da zərbə endirmişdilər. Ukrayna Prokurorluğunun məlumatına görə, hücum üç pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Qatardakı insanlar təxliyə olunub.
Daha sonra başqa bir regionda, Dnevr-Zaporojye sərnişin qatarına zərbə endirilib. Sərnişinlər və heyət əvvəlcədən təxliyə edilsə də, hücum zamanı təxliyədən sonra vaqona qayıdan bələdçi qadın həlak olub.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ