İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan İsrailə aparılan 11 eşşək Negev səhrasına NİYƏ BURAXILDI? - Baş verənlər hər kəsi heyrətləndirdi

Səhranın ortasına buraxılan 11 vəhşi eşşək 40 il ərzində təbiətin taleyini dəyişib. Güclü dırnaqları ilə 2 metr dərinliyində su quyuları qazaraq onlarla heyvan növünü bölgəyə geri qaytaran bu canlılar ekosistemi yenidən canlandırıb və alimlərin istifadə etdiyi canlı təbiəti mühafizə modelinə çevrilib.

Musavat.com "Sözcü" qəzetinə istinadən xəbər verir ki, insanların amansız ovçuluğu nəticəsində əsrlər əvvəl Negev səhrasından yoxa çıxarılan və nəsli kəsilən İran vəhşi eşşəyi düz 40 il sonra alimlərin başlatdığı böyük layihə sayəsində səhranın taleyini dəyişib.

İsrailin səhralıq ərazisinə buraxılan 11 İran vəhşi eşşəyi zamanla yüzlərlə fərddən ibarət böyük populyasiyaya çevrilməklə yanaşı, sanki “ekosistem mühəndisi” kimi fəaliyyət göstərərək quraq torpaqlarda mümkünsüz hesab edilənə nail olub.

1968-ci ildə İsrail İran şahı Məhəmməd Rza Pəhləvidən 11 İran vəhşi eşşəyi satın alıb. Heyvanlar əsirlik şəraitində yetişdirilmək üçün təyyarə ilə İsrailin cənubundakı Yotvata qoruğuna aparılıb.

1970-ci illərdə populyasiyanın sayını və genetik müxtəlifliyini artırmaq məqsədilə Efiopiyadan Afrika vəhşi eşşəkləri də layihəyə cəlb edilib.

Əraziyə uyğunlaşan 11 eşşək güclü dırnaqları ilə səhranın sərt və qayalı torpağını qazaraq 2 metr dərinliyində su quyuları yaradıb.

Quraqlığın ortasında sanki mümkünsüzə nail olan bu heyvanların açdığı su mənbələri ceyranlardan tülkülərə, quşlardan yarasalara qədər su tapa bilməyən onlarla canlı növünün əraziyə geri qayıtmasına şərait yaradıb.

Eşşəklər yalnız su mənbələri yaratmaqla kifayətlənməyib. Heyvanlar səhra ekosisteminin tarazlığı üçün həyati əhəmiyyət daşıyan akasiya ağaclarının və digər bitki örtüyünün yenidən bərpa olunmasında da mühüm rol oynayıb.

Meyvə toxumlarını həzm edərək onların cücərməsinə şərait yaradan və ifrazatları ilə torpağı zənginləşdirən eşşəklər yox olmaq təhlükəsi ilə üzləşən səhranı yenidən canlı ekosistemə çevirib.

Bir vaxtlar insanların yox etdiyi bu canlılar indi təbiətin ən böyük xilaskarlarından birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR