Onlayn ictimai-siyasi qəzet
Azərbaycan daim İƏT-in ardıcıl dəstəyini hiss edib.
Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik məktubunda deyilir.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul edib: "Biz bütün bunları yüksək qiymətləndiririk".
Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana daim ardıcıl dəstək verdiyi barədə fikirlərinin çox böyük, kifayət qədər geniş hüquqi-siyasi əsası var:
“İstər Ermənistanın Azərbaycana qarşı işğalçı təcavüzü illərində, istər 44 günlük müharibə zamanı, istərsə də müharibədən sonrakı illərdə dünyada Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq ardıcıl, açıq dəstəkləyən böyük beynəlxalq təşkilat məhz İslam Əməkdaşlıq Təşkilatı olub. Azərbaycan dövləti və xalqı bunu heç zaman unutmur: “İslam Əməkdaşlıq Təşkilatının mövqeyini şərti olaraq üç mərhələyə bölmək olar.
1993-2020-ci illər dövrü-Ermənistanın təcavüzünün və işğalın pislənməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının tələb edilməsi;
2020-ci il 44 günlü müharibə dövrü-Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq siyasi dəstək, Ermənistanın hücumlarının pislənməsi və işğalın nəticələrinin aradan qaldırılmasının dəstəklənməsi;
2021-2026-cı illər dövrü-Azərbaycanın azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, minalardan təmizlənməsi və keçmiş məcburi köçkünlərin geri qayıtmasına siyasi dəstək.
Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanla bağlı siyasəti yalnız müharibə dövründə verilmiş bəyanatlarla, siyasi dəstəklə kifayətlənməyib, 33 ildir ardıcıl şəkildə təkrarlanan və 2020-ci ildən sonra bərpa-quruculuq gündəliyinə keçən institusional mövqe kimi xarakterizə oluna bilər. Azərbaycan Prezidenti məhz bu məqamı da xüsusi qeyd edib”.
Etibar Seyidağa,
Musavat.com
05 Oktyabr 2026
04 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ