Onlayn ictimai-siyasi qəzet
Oman sahillərində insident — Neft tankerinin yaxınlığında partlayışlar baş verib
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərində baş verən təhlükəsizlik insidenti ilə bağlı məlumat yayıb.
Musavat.com xəbər verir ki, Omanın Əl-Muxa məntəqəsindən 6 dəniz mili cənubda — neft tankerinin bilavasitə yaxınlığında bir neçə partlayış qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir — hazırda faktla bağlı araşdırma aparılır.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ