İnsanlara hürriyət, millətlərə istiqlal!

Sel gəlməmiş lüks avtomobilləri su basacaq yerə düzdülər – Təhlükəli plan üzə çıxdı - VİDEO

Güclü fırtınanın yaratdığı daşqından sonra lüks avtomobillərlə bağlı diqqətçəkən faktlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, hadisə Nyu-Cersi ştatında qeydə alınıb. Ştat rəsmiləri güclü fırtınadan sonra su altında qalan ərazilərdəki bəzi avtomobillərin daşqından əvvəl həmin yerlərə sonradan gətirilərək saxlanıldığını bildiriblər.

Rəsmilərin diqqətini çəkən əsas məqam daşqından bir gün əvvəl ərazidə olduğundan daha çox avtomobilin sonradan burada görünməsi olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə sonradan əraziyə gətirilən avtomobillərin arasında bahalı lüks nəqliyyat vasitələrinin olduğu bildirilir.

Hadisə sığorta dələduzluğu şübhəsi yaradıb. Ehtimala görə, bəzi avtomobillər daşqın zamanı zərər görməsi və sonradan sığorta ödənişi alınması məqsədilə qəsdən su basma riski olan əraziyə gətirilə bilərdi.

Nyu-Cersi avtomobil sığortası haqlarının ən yüksək olduğu ABŞ ştatlarından biri hesab olunur. Bildirilir ki, ştatda avtomobil sığortası tarifləri son dövrlərdə davamlı olaraq artır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR