İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya şükür etdirəcək görüntü - Milyonlar eyni anda yola çıxdı, ölkə iflic oldu- VİDEO

Çində “Qızıl həftə” tətilinin başlaması ölkə boyunca nəhəng nəqliyyat sıxlığına səbəb olub.

Musavat.com xəbər verir ki, oktyabrın 1-dən ölkədə Çin Xalq Respublikasının yaranması günü ilə əlaqədar uzunmüddətli tətil başlayıb. Milyonlarla insan eyni vaxtda doğma şəhərlərinə, qohumlarının yanına və turistik bölgələrə səfərə çıxıb.

Nəticədə əsas magistral yollarda kilometrlərlə uzanan nəhəng tıxaclar yaranıb. Bəzi istiqamətlərdə avtomobil axınının yüz kilometrlərlə uzandığı bildirilir. Dəmiryol vağzallarında böyük sərnişin sıxlığı, hava limanlarında və məşhur turizm məkanlarında isə uzun növbələr müşahidə olunur.

“Qızıl həftə” Çində hər il ən böyük daxili səfər dalğalarından birinə səbəb olur. Bayram və istirahət günlərinin birləşdirilməsi nəticəsində yaranan uzun tətil zamanı milyonlarla insan ölkə daxilində hərəkət edir.

Bu dövr daxili turizmin də ən fəal vaxtlarından sayılır. Səfərlərin, otel rezervasiyalarının, nəqliyyat xidmətlərinə tələbatın və turist xərclərinin kəskin artması ölkənin nəqliyyat infrastrukturuna böyük yük yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR