İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən Tehrana DƏHŞƏTLİ XƏBƏRDARLIQ: "İranı daş dövrünə və qaranlığa qaytaracağıq"

İsrailin Müdafiə naziri İsrael Kats Rosh HaŞana (Yəhudi Yeni İli) bayramı ərəfəsində verdiyi bəyanatda İrandakı yəhudi icmasına müraciət edərək gələn il Tehrandakı siyasi vəziyyətin kökündən dəyişə biləcəyini vurğulayıb.

Musavat.com xəbər verir ki, nazir çıxışı zamanı "Gələn il Tehranda biz zülmdən və tiraniyadan azad olacağıq" sözlərini işlədib.

Müdafiə naziri eyni zamanda İranın ali rəhbərliyinə qarşı kəskin xəbərdarlıq unvanlayıb. Kats bildirib ki, hər hansı bir səbəbdən və ya hər hansı bir məkanda İsrailə qarşı həyata keçiriləcək yeni bir hücum Müdafiə Qüvvələrinin (IDF) əlindəki bütün məhdudiyyətləri aradan qaldıracaq və kütləvi cavab zərbəsi ilə nəticələnəcək. İsrail rəsmisi xüsusilə vurğulayıb ki, belə bir ssenari baş verərsə, İsrail ordusu İranın bütün strateji infrastrukturunu, o cümlədən əsas energetika obyektlərini hədəf alacaq.

Nazir əlavə edib ki, yetiriləcək bu kütləvi zərbə İranı onilliklərlə geriyə, "daş dövrünə və qaranlığa" qaytaracaq və ölkədəki mövcud rejimin çökməsi üçün daxili təzyiqi maksimum həddə çatdıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR