Onlayn ictimai-siyasi qəzet
Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 000 rubl (79 manatı) dövlət rüsumu ödəyib.
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Vəsait təşkilatın sənətçiyə qarşı iddia qaldırmasından iki ay sonra köçürülüb.
Xatərladaq ki, Nəvai mayın 5-də Zubovski bulvarında dövlət nömrə nişanı olmayan qara "Ferrari" ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqforu aşırıb.
Reper özü isə avtomobili cəmi 60-65 km/saat sürətlə idarə etdiyini, maşının "pis idman təkərlərinə" görə fırlandığını bildirib.//Oxu.az
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ