Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray"ın mərkəz müdafiəçisi Abdülkerim Bardakçı Çempionlar Liqasındakı "Sportinq"lə matçı buraxmalı olacaq.
Təcrübəli futbolçu zədə səbəbindən Lissabon təmsilçisi ilə görüşdə komandasına kömək edə bilməyəcək.
Müdafiənin mərkəzində onun yoxluğunda yeni transfer El Çadail Bitşiabunun start heyətində meydana çıxma ehtimalı yüksəkdir.
Qeyd edək ki, "sarı-qırmızılar"ın heyətində Abdülkerimdən başqa Viktor Osimhen, Mario Lemina və Vilfred Sinqo bu oyunda olmayacaq.
"Sportinq" - "Qalatasaray" oyunu sentyabrın 9-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq./Offsideplus.az/
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ