İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP qurultaya gedir – Hazırlıqlar başladı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. Artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir. YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır. YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.

Musavat.com-un əldə etdiyi xəbərə görə, qurultay oktyabrın ikinci yarısı keçiriləcək.

Qurultayın dəqiq günü isə partiyanın İdarə Heyəti tərəfindən təyin olunacaq. Məlumata görə, İdarə Heyətinin 40 nəfərdən ibarət hazırkı tərkibində dəyişikliklər nəzərdə tutulub.

Qeyd edək ki, hazırkı İH YAP-ın VII Qurultayında seçilib. Həmin qurultaya qədər hakim partiyanın İdarə Heyətinin tərkibi 20 nəfərdən ibarət idi. Qurultayda tərkib iki dəfə artırılıb. Partiyanın yeni İdarə Heyəti formalaşıb.

Növbəti qurultayda hazırkı tərkibdə sabiq deputat Cavid Osmanovun, Vasif Talıbovun, Elşad Mirbəşirli və digər bir neçə şəxsin yer almayacağı da yayılan xəbərlər sırasındadır. İdarə Heyəti üzvlüyünə əsasən gənclərdən ibarət yeni şəxslərin gətiriləcəyi gözlənilir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR