Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.
Klubdan verilən məlumata görə, "köhlən atlar" Polşanın "Vyeçista" klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.
Komandalar arasında danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "top-3"də qərarlaşıb.
09 Sentyabr 2026
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ