İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kanada ilə iqtisadi müharibəyə keçdi: Yeni qadağalar elan olundu

Tramp administrasiyası 29 sentyabr tarixindən etibarən müəyyən növ spirtli içkilər, süd məhsulları və motosikletlər də daxil olmaqla, bir sıra Kanada mallarının ABŞ-a idxalını qadağan etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu, Ağ Ev tərəfindən dərc edilmiş sənədlərdə əksini tapıb.

Sənədlərə görə, yuxarıda adı çəkilən malların Kanadanın "ticarət ayrı-seçkiliyi təcrübələri" səbəbindən 29 sentyabr tarixindən etibarən "ABŞ-a idxalı qadağandır".

Bundan əlavə, ABŞ 50 faiz tarif tətbiq edilən Kanada məhsullarının siyahısını genişləndirib. Bu tədbirlər 15 sentyabrda qüvvəyə minəcək. Siyahıya müəyyən alüminium və polad məhsulları, eləcə də mebel və kağız daxildir. Lakin digərləri ilə yanaşı, sement və sənaye duzu siyahıdan çıxarılıb.

Bundan əvvəl prezident Donald Tramp ABŞ agentliklərinə Kanada məhsullarını idövlət satınalma planlarından çıxarmağı tapşırdı.

Tramp ABŞ agentliklərinə illik 50 milyard dollarlıq Kanada məhsullarını dövlət satınalma planlarından çıxarmağı tapşırdığını elan etmişdi: "Kanada illərdir bizi aldadır, lakin bir çox insan Kanada hakimiyyətinin Amerika kiçik bizneslərinə dövlət satınalma bazarlarında satış etməyi qadağan etdiyini bilmir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR