Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İranla hərbi münaqişə aparmaq səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsini təsdiqləyib.
Musavat.com xəbər verir ki, sənədin lehinə 215, əleyhinə isə 208 konqresmen səs verib.
Sözügedən sənəd Konqresin xüsusi icazəsi olmadığı təqdirdə, prezidentdən ABŞ Silahlı Qüvvələrini İrana qarşı hərbi əməliyyatlardan geri çəkməyi tələb edir.
Layihədə yalnız "Amerikanın, onun müttəfiqlərinin və ya tərəfdaşlarının qaçılmaz hücumdan müdafiəsi" halları müstəsna vəziyyət kimi qeyd olunub.
Qətnamənin hüquqi qüvvəyə minməsi üçün sənəd gələcəkdə Senat tərəfindən də bəyənilməlidir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ