İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ordusu Oman körfəzində İran gəmisini batırıb

Ötən həftə Oman körfəzində kəşfiyyat və hədəf yönləndirmə işləri aparan İranla əlaqəli bir gəmi məhv edilib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb: "6 oktyabrda ABŞ qüvvələri Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müşahidə və hədəf toplama işləri aparan İranla əlaqəli bir gəmini məhv edib".

ABŞ ordusu gəmi heyətinin sağ olduğunu bildirib: "Gəminin məhv edilməsindən əvvəl heyət üzvləri təhlükəsiz şəkildə təxliyə edilib. Hazırda onların geri qaytarılması üçün tədbirlər görülür".
Mesajda raketin gəmiyə dəydiyi anı əks etdirən video qeyd də əlavə olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR