İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidenti o qanunu dəstəklədi

Prezident Donald Tramp senator Lindsi Qrehemin təşəbbüsü ilə Rusiyaya qarşı hazırlanan sanksiyalar layihəsini dəstəkləyib.

Musavat.com xəbər verir ki, məlumatı Vaşinqton administrasiyasındakı mənbələrə istinadən CNN yayıb.

Sənəd Moskvaya təzyiqi artırmaq üçün Rusiya nefti, qazı və uranını alan ölkələrə yüksək tariflərin (500 faizə qədər) tətbiq edilməsinə imkan verəcək.

Qeyd olunur ki, sənəd Tramp tərəfindən təsdiqlənərsə, ilk zərbəyə Rusiyanın ən böyük enerji alıcıları olan Çin və Hindistan məruz qala bilər.

Tramp özü jurnalistlərlə söhbətində sənədlə bağlı qərarını çox tezliklə açıqlayacağını deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR